—

Xankəndidə evlərin qiyməti kəskin ucuzlaşdı

Xankəndidə evlərin qiyməti kəskin ucuzlaşdı
Dinləmək üçün basın

Xankəndidə ermənilər tərəfindən satışa çıxarılan evlərin qiyməti sürətlə ucuzlaşır.

Xankəndidə ermənilər tərəfindən satışa çıxarılan evlərin qiyməti sürətlə ucuzlaşır.

InterPress.ge xarici mətbuata istinadən xəbər verir ki, bir neçə ay əvvəl satışa çıxarılan evlərlə hazırda satışa çıxarlan evlərin qiyməti arasında 10% fərq var.

“List.am” saytında yerləşdirilən elanlardan açıq şəkildə görmək olur ki, Xankəndidəki mənzillərin qiymətində kəskin ucuzlaşma var.

Dekabr ayında satışa çıxarılan 3 otaqlı mənzil 45 min dollara təklif olunurdusa, hazırda 41 min dollara təklif edilir. 2 otaqlı mənzillər 2-3 ay əvvəl 35-36 min ollara təklif edildiyi halda, indi 27-30 min dollara kimi aşağı düşüb.

Ermənistan mətbuatı yazır ki, 44 günlük müharibədən sonra Xankəndini tərk edən ermənilərin bir çoxu yenidən ora qayıtmaq istəmir və bu səbəbdən də mənzillərini satmağa çalışırlar. Mənzillərə tələb olmadığı üçün isə qiymətlər aşağı düşməyə başlayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Marneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirSon xəbərlərə bax →