—

Dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdü

721
Dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdü
Dinləmək üçün basın

Dünyada koronavirusa yoluxanların sayı bir gün ərzində 60 min nəfər artıb.

Dünyada koronavirusa yoluxanların sayı bir gün ərzində 60 min nəfər artıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında bildirilib.

Məlumata görə, koronavirusa yoluxanların sayı 570 min nəfəri ötüb. Qeyd edilir ki, xəstəlikdən ölənlərin sayı 26,5 minə çatıb.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Hazırda COVID-19 infeksiyasına ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 110 mindən çox insan virus daşıyıcısıdır. Dünyada koronavirusdan ən çox ölüm isə İtaliyada təsdiq edilib. Avropanın bu ölkəsində 10 mindən çox insan pandemiyanın qurbanı olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →