—

Pozner Gürcüstanı planlaşdırdığı vaxtdan əvvəl tərk edib

551
Pozner Gürcüstanı planlaşdırdığı vaxtdan əvvəl tərk edib
Dinləmək üçün basın

Rusiyalı telejurnalist Vladimir Pozner və qonaqları Tbilisini planlaşdırılan vaxtdan tez tərk ediblər.

InterPress.ge xəbər verir ki, onların olduğu təyyarə Tbilisi beynəlxalq aeroportundan havaya qalxıb.

Qeyd edək ki, V. Pozner doğum gününü qeyd etmək üçün qonaqları ilə birgə martın 31-də Tbilisiyə gəlib. Onlar Gürcüstan paytaxtını aprelin 3-də tərk etməli idilər.

Rusiyalı telejurnalistin Gürcüstana səfəri kəskin etirazla qarşılandığından o, Tbilisini vaxtından əvvəl tərk etməli olub.

Etirazlara səbəb V.Poznerin Gürcüstanın ərazi bütövlüyünü tanımaması, gürcü və abxazları təhqir etməsi olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →