—

Qiorqi Qaxaria: "Siyasi qütbləşməyə son qoymalı və uğurlu bir dövlət qurmağın qayğısına qalmalıyıq"

509
Qiorqi Qaxaria: "Siyasi qütbləşməyə son qoymalı və uğurlu bir dövlət qurmağın qayğısına qalmalıyıq"
Dinləmək üçün basın

"Dünən bizə bir daha göstərdi ki, radikalizm və radikal mövqelər hələ də müasir bir Gürcüstan dövlətinin qurulmasına mane olan və zərərverici amildir".

"Dünən bizə bir daha göstərdi ki, radikalizm və radikal mövqelər hələ də müasir bir Gürcüstan dövlətinin qurulmasına mane olan və zərərverici amildir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş baş naziri Qiorqi Qaxaria sosial şəbəkədə yazıb.

“Bu gün Gürcüstanın müstəqilliyinin bərpasına dair referendumun və ölkənin ilk prezidenti Zviad Qamsaxurdianın doğum günüdür. Bu, ölkəmizin yaxın tarixində bir dönüş nöqtəsidir - 31 mart 1991-ci ildə keçirilən referendum Gürcüstanın müstəqilliyini elan etdiyi və müasir bir Gürcüstan dövlətinin qurulmasının başlanğıc tarixidir. Abxaziya və Çxinvali bölgələri də daxil olmaqla Gürcüstan əhalisinin bu referenduma qatıldığı diqqət çəkir. Müstəqil bir Gürcüstan dövlətinin yaradılması da onların seçimidir və bölgələrimizin hələ də Rusiya tərəfindən işğal olunduğunu xatırlamalıyıq.

Bu gün Gürcüstanın Milli Qurtuluş Hərəkatının formalaşmasına və Gürcüstanın müstəqilliyinin bərpasına verdiyi töhfələri olan Zviad Qamsaxurdia və Merab Kostavanın xatirəsini ehtiramla anırıq. Dövlət quruculuğu uzun və çətin bir müddətdir və hər birimiz bu prosesə töhfə vermək məcburiyyətindəyik.Dövlət quruculuğunun başlanmasından 30 il ötür ...

Dünən bizə bir daha göstərdi ki, radikalizm və radikal mövqelər hələ də müasir Gürcüstan dövlətinin qurulmasına mane olan və zərərverici amildir. Siyasi qütbləşməyə son qoymalı və uğurlu bir dövlət qurmağın qayğısına qalmalıyıq"- Qiorqi Qaxaria.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →