—

Gürcüstanın xarici borcu artıb

1,250
Gürcüstanın xarici borcu artıb
Dinləmək üçün basın

2019-cu ildə Gürcüstanın ümumi xarici borcu 18.6 milyard ABŞ dollarına çatıb ki, bu da həmin il üçün ümumdaxili məhsulun (ÜDM) 105.1%-nə bərabər olub.

2019-cu ildə Gürcüstanın ümumi xarici borcu 18.6 milyard ABŞ dollarına çatıb ki, bu da həmin il üçün ümumdaxili məhsulun (ÜDM) 105.1%-nə bərabər olub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib. Qeyd olunub ki, təkcə ötən ilin dördüncü rübündə Gürcüstanın xarici borcu 729 milyon dollar artıb.

Xarici borcun 7.9 milyard dolları hökumətin payına düşüb ki, bu, ÜDM-nin 44%-ni təşkil edib. Bank sektorunun xarici borcu isə 4.5 milyard dollar təşkil edib.

Gürcüstan Milli Bankının məlumatına görə, ölkənin bütün borcların 89.6%-i xarici valyuta ilədir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →