—

Tbilisidə sorğu: Gürcü icması Novruz bayramı ilə bağlı hansı məlumatlara sahibdirlər? - VİDEO

1,948
Tbilisidə sorğu: Gürcü icması Novruz bayramı ilə bağlı hansı məlumatlara sahibdirlər? - VİDEO
Dinləmək üçün basın

Türk dünyasının Novruz bayramı öz qədəmlərini artıq qoydu. Novruz bayramının gəlişini uşaqlar kimi böyüklər də səbirsizliklə gözləyir və sevinir. Çünki Novruz bayramı demək - təbiətin oyanışı, yazın gəlişi, təbiətə yeni…

Türk dünyasının Novruz bayramı öz qədəmlərini artıq qoydu. Novruz bayramının gəlişini uşaqlar kimi böyüklər də səbirsizliklə gözləyir və sevinir. Çünki Novruz bayramı demək - təbiətin oyanışı, yazın gəlişi, təbiətə yeni nəfəsin verilməsi deməkdir. Öz maraqlı adət-ənənələri ilə, bütün təbiətin atributlarını özündə cəmləşdirən rəngarəngliyi və gözəllliyi ilə seçilən, hər həftəsi, hər adəti bir məna daşıyan Novruz bayramıdır bu gün.

Bildiyiniz kimi Gürcüstan çoxmillətli, çoxdilli və çox mədəniyyətli ölkədir. Gürcüstanda bir çox millət nümayəndələri - azərbaycanlılar, gürcülər, ruslar, ermənilər, yəhudilər və s. burada yığcam və dostluq içində əsrlərdir ki yaşayırlar. Bu səbəbdən də Gürcüstanda yaşayan bütün millətlər bir-birilərinin mədəniyyətləri, dinləri haqda müəyyən məlumatlara sahibdirlər, hətta bu millətlərin yığcam yerlərdə yaşadıqları ərazilərdə hər bir bayram eləcə də Novruz bayramı bərabər qeyd olunur.

Biz isə InterPress.ge komandası olaraq gürcü icmasının Novruz bayramı ilə bağlı hansı məlumatlara sahib olub-olmadıqları ilə maraqlandıq və bu dəfə isə gözəlliyi ilə qəlbləri oxşayan paytaxtımız Tbilisiyə gürcü icması arasında sorğu keçirmək üçün yollandıq.

Həmin sorğunu sizə təqdim edirik:

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →