—

TV Pirveli məhkəmə qərarını şikayət etdi

647
TV Pirveli məhkəmə qərarını şikayət etdi
Dinləmək üçün basın

TV Pirveli-nin vəkili Qiorqi Mşvenieradze, elektron məlumat daşıyıcısının çıxarılmasına icazə verilməsinə dair Tbilisi Şəhər Məhkəməsinin qərarını şikayət edib.

TV Pirveli-nin vəkili Qiorqi Mşvenieradze, elektron məlumat daşıyıcısının çıxarılmasına icazə verilməsinə dair Tbilisi Şəhər Məhkəməsinin qərarını şikayət edib.

InterPress.ge xəbər verir ki, Mşvenieradzenin qeyd etdiyinə görə, məhkəmə qərarı jurnalistin ifadə azadlığını pozur.

“Dəfələrlə qeyd etdiyimiz kimi, hakim Laşa Kldiaşvilinin qərarı açıq şəkildə qanunun tələblərinə ziddir və jurnalistin məlumat almaq və məxfi mənbəyi açıqlamamaq kimi ifadə azadlığını pozur. Buna görə də, bu qərardan Tbilisi şəhər Məhkəməsi qərarını Tbilisi Apelyasiya Məhkəməsinə şikayət etdik”-Mşvenieradze.

Məlumat üçün bildirək ki, Gürcüstanın Baş Prokurorluğu gizli səs yazıları ilə bağlı istintaq başladıb. Qurumdan verilən məlumata görə, şəxsi danışıqların icazəsiz qeyd edilməsi və ya telefon dinləmələri, texniki vasitələrlə əldə edilmiş məlumatların qanunsuz istifadəsi və yayılması faktları ilə cinayət işi başlanıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →