—

" Seçki Məcəlləsi" də dəyişikliklər gözlənilir

602
" Seçki Məcəlləsi" də dəyişikliklər gözlənilir
Dinləmək üçün basın

“ Seçki Məcəlləsi”də planlaşdırılan dəyişikliklər layihəsinin son variantına görə, bələdiyyə məclislərində proporsional qayda ilə seçilmiş üzvlərin sayı artacaq. Bununla bərabər seçki baryeri yerli özünüidarəetmə…

“ Seçki Məcəlləsi”də planlaşdırılan dəyişikliklər layihəsinin son variantına görə, bələdiyyə məclislərində proporsional qayda ilə seçilmiş üzvlərin sayı artacaq. Bununla bərabər seçki baryeri yerli özünüidarəetmə seçkiləri üçün bölgələrdə 4% dən 3% ə endiriləcək, Tbilisidə isə 2.5% li baryer qüvvədə olacaq.

InterPress.ge xəbər verir ki, layihəyə nəzərən özünüidarəçi şəhərlərdə 1 majoritar üzvə proporsional qayda ilə seçilmiş 4 üzv, digər bələdiyyələrdə isə hər 1 majoritar üzvə proporsional qayda ilə seçilmiş 2 üzv olacaq.

Bununla bərabər dəyişikliklərə əsasən Tbilisinin Bələdiyyə Məclisinin tərkibi 50 üzvdən ibarət olacaq ki, bunlardan 10 üzv yerli birmandatlı majoritar seçki dairələri ərazilərindən seçiləcək, qalan 40 üzv isə proporsional qayda ilə Tbilisi bələdiyyəsinin bütün ərazilərindən olacaq.

Tbilisi Bələdiyyə Məclisində proporsional sistemlə mandatlar yalnız ən az 2.5% toplayan seçki subyektləri ilə əvəzlənəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →