—

Savalan Mirzəyev Aliko Elisaşvilinin azərbaycanlılar haqda səsləndirdiyi fikirə cavab verdi

1,740
Savalan Mirzəyev Aliko Elisaşvilinin azərbaycanlılar haqda səsləndirdiyi fikirə cavab verdi
Dinləmək üçün basın

Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyev həmkarı Aleksandre Elisaşvilinin azəraycanlı uşaqların gürcü dilində salamlaşa bilməmələri barədə fikirlərinə münasibət bildirib.

Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyev həmkarı Aleksandre Elisaşvilinin azəraycanlı uşaqların gürcü dilində salamlaşa bilməmələri barədə fikirlərinə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, o, qanunverici orqanın plenar iclasında bu fikirlərlə razılaşmadığını deyib.

Onun sözlərinə görə, azərbaycanlılar da A.Elisaşvilinin sözlərinə reaksiya veriblər: “Gürcüstanın ali məktəblərində 3 500-ə yaxın azərbaycanlı tələbə gürcü dilində təhsil alır. Bu, onu sübut edir ki, azərbaycanlılar arasında gürcü dilinə maraq çox böyükdür. Gürcüstan hökuməti 2012-ci ildən dövlət dilinin tədrisi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Bu istiqamət üzrə yeni proqramlar planlaşdırılır”.

S. Mirzəyevin fikrincə, həmkarının sözləri etnik azlıqların inteqrasiya prosesinin qarşısını ala bilər: “Bundan sonra bu cür bəyanatlar səsləndirərkən çox diqqətli olmağınızı xahiş edirəm”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →