—

Gürcüstanda karantini pozanlar cərimə və həbs olunacaq

1,992
Gürcüstanda karantini pozanlar cərimə və həbs olunacaq
Dinləmək üçün basın

Gürcüstanda koronavirus epidemiyası zamanı karantin və özünütəcrid qaydalarının pozulmasına görə sanksiyalar tətbiq olunacaq.

Gürcüstanda koronavirus epidemiyası zamanı karantin və özünütəcrid qaydalarının pozulmasına görə sanksiyalar tətbiq olunacaq.

InterPress.ge xəbər verir ki, bununla bağlı Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsi İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər hazırlayıb.

Sənədə əsasən, karantin qaydalarını pozan fiziki şəxslər 3 min lari (1 074 ABŞ dolları), hüquqi şəxslər isə 15 min lari (5 375 ABŞ dolları) məbləğində cərimə olunacaqlar.

Cərimənin ödənilməsindən asılı olmayaraq, qaydaları pozanlar məcburi qaydada karantin yerinə qaytarılacaqlar.

Qaydaları pozanlar bu hala təkrar yol verdikləri halda 6 aydan 1 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.

Karantin qaydalarını Gürcüstan hökuməti təsdiq edəcək. Qanun dəyişiklikləri parlamentə mart ayının sonunda daxil olacaq.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →