—

Gürcüstan və Rusiya arasında quru sərhədlərin açılması ilə bağlı açıqlama verildi

8,822
Gürcüstan və Rusiya arasında quru sərhədlərin açılması ilə bağlı açıqlama verildi
Dinləmək üçün basın

Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze rusiyalı senator Qriqori Karasin ilə növbəti görüşündə iki ölkə arasındakı quru sərhədinin açılması məsələsini…

Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze rusiyalı senator Qriqori Karasin ilə növbəti görüşündə iki ölkə arasındakı quru sərhədinin açılması məsələsini müzakirə edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiya ilə sərhədin açılması epidemioloji vəziyyətdən asılıdır. Problem məhz elə bundadır. Ümid edirəm ki, tezliklə həm bizdə, həm də bütün dünyada koronavirusla bağlı vəziyyət sabitləşəcək və biz sərhədlərin açılması məsələsini müzakirə edə biləcəyik”, - deyə Abaşidze bildirib.

Gürcüstanlı diplomatın sözlərinə görə, o, yaxın zamanlarda Q.Karasin ilə onlayn görüş keçirməyi planlaşdırır.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında yeganə quru yolu olan Kazbek - Yuxarı Lars sərhəd keçid məntəqəsi 2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən bağlanıb. İki ölkə arasında hava əlaqəsi də Tbilisidə Rusiya əleyhinə keçirilən aksiyadan sonra dayandırılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →