InterPress.ge xəbər verir ki, bu haqda Tbilisi Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezugbaya səhər jurnalistlərlə görüşündə bildirib.
"Xəstə 15-ci gündə müayinə edildi və onda koronavirus aşkar edilmədi. Həmin şəxsdə yenidən test 24 saat ərzində aparılmalıdır. Cavab eynidirsə, bu xəstənin də sağaldığını söyləyəcəyik" - dedi Marina Ezugbaya.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxmuş 50 yaşlı vətəndaş dünən sağalıb.
