—

ABŞ-da koronavirusun daha sürətlə yayılan ştammı tapıldı

620
ABŞ-da koronavirusun daha sürətlə yayılan ştammı tapıldı
Dinləmək üçün basın

ABŞ-ın Minnesota ştatının vətəndaşında koronavirusun ilk dəfə Braziliyada müşahidə edilən, P.1 adlandırılan daha yoluxucu ştammına rast gəlinib.

ABŞ-ın Minnesota ştatının vətəndaşında koronavirusun ilk dəfə Braziliyada müşahidə edilən, P.1 adlandırılan daha yoluxucu ştammına rast gəlinib.

InterPress.ge ştatın Səhiyyə Departamentinə istinadən xəbər verir ki, Braziliyaya səfərə gedən şəxsdə tapılan virus ştatdakı ümumi yoxlama zamanı aşkarlanıb.

Bildirilir ki, COVID-19-a qarşı görülən tədbirlər nəticəsində müəyyən edilən növ nəzarətə alınacaq.

Ölkədə sözügedən virusun Cənubi Afrika ştammına bənzədiyi və peyvəndə qarşı daha dayanıqlı ola biləcəyi ilə bağlı narahatlıqlar yaranıb.

Qeyd edək ki, ABŞ-ın “Moderna” şirkəti koronavirusun yeni ştammına qarşı təsirli olacaq peyvəndi iki aya hazırlayacaqlarını açıqlayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →