04 
Okt
2020
12:20
2359

Gəncə bombalandı - Ölən və yaralananlar var - VİDEO

Ermənistan tərəfi Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəni atəşə tutub.

InterPress.ge xəbər verir ki, Gəncədə insanların sıx yaşadığı əraziyə kütləvi raket hücumları edilib.

Bu barədə görüntüləri prezidentin köməkçisi Hikmət Hacıyev özünün “Twitter” hesabından paylaşım edib.

Görüntülərdə Ermənistan tərəfinin Gəncəni atəşə tutması nəticəsində qeydə alınan dağıntılar əks olunub.

Ermənistan tərəfinin Gəncəni ağır artilleriya atəşinə tutması nəticəsində ilkin məlumata görə 4 nəfər mülki şəxs yaralanıb, bir nəfər ölüb.

Həmin videogörüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər