12 
Okt
2020
12:06
648

Bu gün koronavirusdan ölən 6 nəfər haqda açıqlama verildi

“Koronavirusdan dünyasını dəyişən 6 nəfərin 3-ü Acarada, 1-i Saçxeredə, 2-si isə Tbilisidə həyatını itirib”.

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.

Onun bildirdiyinə görə, Gürcüstanda dünyasını dəyişən koronavirus xəstələrinin sayı 91-ə çatıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda 478 koronavirus xəstəsi aşkarlanıb və bununla da bu günə kimi, virusa yoluxanların ümumi sayı 12272 nəfər təşkil edir. Bundan başqa, son 24 saat ərzində koronavirusdan 211 nəfər xəstə sağalıb. Onların ümumi sayı 6538 nəfərdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər