27 
Sen
2020
23:24
1369

Bolnisidə baş verən qarşıdurma ilə bağlı Qoqi Meşveliani açıqlam verdi

"Vahid Milli Hərəkat partiyasının nümayəndələrinin Bolnisi bələdiyyəsindəki çayxanada qarşıdurma ilə bağlı açıqlamaları yalandır və vəziyyətin əksini göstərməyə xidmət edir".

InterPress.ge xəbər verir ki, bu barədə Bolnisi, Dmanisi, Tetricğaro və Çalkanın Gürcü Arzusunun majoritar namizədi Qoqi Meşveliani açıqlamasında bildirib.

Meşvelianinin məlumatına görə, "Milli Hərəkat"ın nümayəndələrinə deyil, "Gürcü Arzusu"nun fəallarına hücum edildi.

Onun sözlərinə görə, hücumun təşəbbüskarı "Vahid Milli Hərəkat"ın yerli lideri Arif Yusufovdur.

“Bu gün təşviqatla məşğul olan aktivistlərimiz fiziki qarşıdurmanın olduğu çayxanada hücuma məruz qaldılar, lakin daha sonra bölgə rəhbərinin və digər fəallarımızın iştirakı ilə vəziyyət sakitləşdi. Aktivistimiz qərargaha gələndə dəyənəklər və daşlarla hücum etdilər. Bu hücumun təşəbbüskarı "Milli Hərəkat"ın yerli lideri, tanınmış ekstremist, Marneuli xəstəxanasında çox ağır vəziyyətdə olan fəallarımızdan birinin başına xəsarət yetirən Yusufov idi.

Bir faktıda qeyd edim ki, Arif Yusufov bir neçə gün əvvəl fəalımızın evinə gələrək təhdid edib. Çayxanada hadisə baş verən zaman qərargahda olan qardaşım, fiziki qarşıdurmanın olduğunu öyrəndikdən sonra hadisə yerinə getdi və məhz onun vasitəsi ilə tərəflər ayrılıb qərargaha qayıtdılar. Bizim aktivistlərimiz qərargaha qayıtdıqdan sonra VMH partiyasının fəalı qərargaha hücum etdi. Onların dedikləri hər şey yalandır və vəziyyətin əksini göstərməyə xidmət edir", - dedi Meşveliani.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər