23 
Sen
2020
09:27
360

Qamğrelidze: "Bu il biz qripə qarşı 135 min doza vaksin almışıq"

"Bu il biz qripə qarşı 135 min doza vaksin almışıq".

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Onun sözlərinə görə, fransız istehsalı peyvəndlər birinci mərhələsi Gürcüstana oktyabr ayında gətiriləcək.

"Biz qrip vaksininə oktyabrın ikinci yarısından başlayırıq. Biz insanlara yanvar və fevral ayında da peyvənd vururduq. Bilirsiniz ki, qripin yüksək risk qrupuna hamilə qadınlar daxildir. Heç bir ölkə bütün insanlara qripə qarşı peyvənd vurdurmur.

Qripə qarşı peyvəndin müəyyən mədəniyyətini 2014-2015-ci ildə yaratdıq. Xatırlayıram ötən il 40 000 qrip vaksinimiz var idi, Ümumdünya Səhiyyə Təşkilatı hər il ilk növbədə kimlərin peyvəndləşdirilməsini müəyyən edir. Ötən il biz 100 000 peyvənd aldıq və tələbat da yüksək idi. 100 000 peyvənddən çox az sayda peyvənd qalmışdı. Bu il isə 135 min peyvənd almışıq ki, bunun da ilk mərhələsi oktyabrın başlanğıcında ölkəyə gətiriləcək. Aldığımız vaksin fransız istehsalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının tövsüyyələrinə dayanaraq, immunizasiya komitəsinin qərarı ilə risk qruplarına kimlərin daxil olmaları müəyyənləşdirilir", - deyə Qamğrelidze qeyd etdi.

Onun sözlərinə görə, bu il qrip vaksininə qarşı tələbatın böyük olması gözlənilir. Vaksini özəl sektorda daxil edə bilər və bununlada vaksinin miqdarı 2 qat yüksələr.

"Peyvəndi eləcədə özəl sektor da daxil edəcək və bununlada vaksinin miqdarı 2 qat yüksəlməyini gözləyirik. Düşünürük ki, bu il peyvənd tələbat yüksək olacaq" - dedi A. Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər