Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

Marneulidə OXU Olimpiadasının qalibləri mükafatlandırılıb

39
Marneulidə OXU Olimpiadasının qalibləri mükafatlandırılıb
Dinləmək üçün basın
Marneulidə OXU Olimpiadasının “Payız semestri” üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə müxtəlif siniflər üzrə gürcü dili, ingilis dili və riyaziyyat fənlərində yüksək nəticə göstərən şagirdlərə diplom, medal və hədiyyələr təqdim olunub.

InterPress.ge xəbər verir ki, mükafatlandırma mərasimində hər sinif və fənn üzrə I və II yerləri tutan iştirakçılar diplom və medallarla təltif ediliblər. Bununla yanaşı, hər fənn üzrə ən yüksək bal toplayan şagirdlərə xüsusi hədiyyələr verilib.

Olimpiadanın nəticələrinə əsasən, gürcü dili üzrə III sinif şagirdi Gülsüm Vəliyeva və IX sinif şagirdi Nəzrin Həsənova 100 bal toplayaraq maksimum nəticə göstəriblər. İngilis dili fənni üzrə IV sinif şagirdi Amir Əliyev 95 bal, riyaziyyat üzrə isə X sinif şagirdi Gülay Məmmədova 95 bal toplayaraq müvafiq fənlər üzrə ən yüksək nəticəyə nail olublar.

Tədbirdə OXU Təhsil Mərkəzinin direktoru Murad Muradov və İnkişaf və Təhsil Mərkəzinin direktoru Emin Əhmədov çıxış ediblər. Onlar şagirdlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsinin, bilik yarışlarının təşkilinin və gənclərin inkişafına dəstək göstərilməsinin vacibliyindən danışıblar.

Mərasimdə Böyük Muğanlı İctimai Məktəbinin direktoru Musa Yusifli də xüsusi olaraq təltif olunub. Məktəbin şagirdlərinin olimpiadada fəal iştirakına, eləcə də gənclərin təhsilinə və inkişafına göstərdiyi dəstəyə görə ona xüsusi plaket təqdim edilib.

Qeyd edək ki, OXU Olimpiadası şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirməsi, özlərini sınaması və təhsilə maraqlarının artırılması məqsədilə təşkil olunur. “Payız semestri” bu istiqamətdə keçirilən növbəti bilik yarışı olub.






Xəbəri qiymətləndir

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →