Kutaisidə, Zurab Çavçavadze küçəsində, ehtimal ki, təbii qazın toplanması nəticəsində yaşayış binasında partlayış baş verib.
InterPress.ge xəbər verir ki, Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən bildirilib ki, hadisə nəticəsində bir qadın xəsarət alıb. O, əl nahiyəsindən zədə alıb.
Məlumata görə, binanın sakinləri artıq təxliyə edilib.
Partlayış nəticəsində bir neçə avtomobil də zədələnib.
Kutaisi meri Davit Eremeişvilinin məlumatına görə, binada ekspertiza aparılacaq və onun dayanıqlılığı yoxlanılacaq.
