Rusiya Prezidenti Vladimir Putin ukraynalı hərbçilərə müraciət edərək “bizim tərəfə keçin” çağırışı edib.
InterPress.ge xəbər verir ki, Putin rejissor Emir Kusturitsaya verdiyi müsahibədə Ukrayna xalqını “övladlarının gələcəyi barədə düşünməyə” çağırıb.
“Ukraynalılardan danışarkən, onların bunu eşitməsini istəyirəm – bu gün nə baş verməsindən, hansı faciələrin yaşanmasından asılı olmayaraq, gələcək haqqında düşünmək lazımdır. Öz övladlarının gələcəyi barədə düşünməlidirlər. Başa düşmək lazımdır ki, güclü olmaq, inkişaf üçün yaxşı şəraitə malik olmaq istəyiriksə, əlbəttə, birlikdə olmalıyıq”, – Vladimir Putin bildirib.
Putin ukraynalı hərbçilərə ayrıca müraciət edib.
“Demək istəyirəm – bizim tərəfə keçin. Çünki bu, bizim ümumi tərəfimizdir. Ümumi tərəfə keçin, tarixin doğru tərəfinə keçin”, – Rusiya Prezidenti qeyd edib.
Putinin sözlərinə görə, Ukraynada yaşayan bütün insanlar birləşməyə can atmalıdırlar.
“Vahid dövlət çərçivəsində deyil, bu barədə ümumiyyətlə söhbət getmir. Mən birləşmədən, bu sözün geniş mənasında danışıram”, – Putin bildirib.
