Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

İrakli Qaribaşvili: “Bu prosesdən yayınmaq üçün əlimdən gələni etdim, lakin amansız reallıqla üz-üzə qaldım”

219
İrakli Qaribaşvili: “Bu prosesdən yayınmaq üçün əlimdən gələni etdim, lakin amansız reallıqla üz-üzə qaldım”
Dinləmək üçün basın

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili həbsxanadan yaydığı növbəti məktubunda ona qarşı “amansız siyasi mübarizə” aparıldığını bildirib.

InterPress.ge xəbər verir ki, Qaribaşvili bu prosesdən yayınmaq üçün əlindən gələn hər şeyi etdiyini, lakin nəticədə “amansız reallıqla” üz-üzə qaldığını yazıb.

Keçmiş baş nazir “siyasi maskaradda” iştirak etmək niyyətində olmadığını və buna görə də məhkəmə proseslərinə qatılmayacağını bildirib. O, qərarının prokuror və hakimlərə qarşı şəxsi hörmətsizlik kimi qiymətləndirilməməsini istəyib.

Qaribaşvilinin sözlərinə görə, onun məhkəmə proseslərində iştirak etməməsinin əsas səbəbi bu prosesin siyasi xarakter daşıdığını düşünməsi və siyasi prosesin sistem tərəfindən necə idarə olunduğunu bilməsidir.

“Dünən hakimiyyət ötən həftə dərc etdiyim məktubun həqiqiliyini özü təsdiqlədi. Cəmiyyətə bir daha demək istəyirəm ki, bu prosesdən yayınmaq üçün əlimdən gələn hər şeyi etdim və maksimum səy göstərdim, lakin amansız reallıqla üz-üzə qaldım.

Bu, mənə qarşı amansız siyasi mübarizə, ədalətsizlik və şərdir. Artıq bu utancverici və ölkəmiz üçün təhqiredici siyasi maskaradda iştirak etmək niyyətində deyiləm. Buna görə də məhkəmə prosesində də iştirak etməyəcəyəm. Mənim maraqlarımı yalnız vəkillərim təmsil və müdafiə edəcəklər.

Bununla heç kimi – nə prokurorları, nə də hakimləri təhqir etmək niyyətində deyiləm. Sadəcə, bunun siyasi proses olduğunu və sistemin siyasi prosesi necə idarə etdiyini bildiyim üçün məhkəmə iclaslarına getmək və siyasi maskaradda iştirak etməkdə məna görmürəm. Mən artıq sizin tamaşanızda iştirak etmirəm!

Həmçinin məni maraqlandırmır ki, sizin tərəfinizdən psixoloji və mənəvi təzyiq metodları ilə hansı məhbusa və ya girova mənim haqqımda nə yazdıracaqsınız və mənə hansı ittihamı irəli sürəcəksiniz.

Artıq baş verməli olan baş verib. Buna görə də mənim yeganə yolum və mübarizə vasitəm öz həqiqətimdir. İctimaiyyətlə açıq danışmaq və öz həqiqətimi söyləmək niyyətindəyəm. Qoy xalq mühakimə etsin!” – deyə İrakli Qaribaşvili yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress.ge

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →