Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

Giorgi Kaxiani: “Dəyişikliklər üçün Koalisiya” “Milli Hərəkat”dan heç nə ilə fərqlənmir”

105
Giorgi Kaxiani: “Dəyişikliklər üçün Koalisiya” “Milli Hərəkat”dan heç nə ilə fərqlənmir”
Dinləmək üçün basın

“Dəyişikliklər üçün Koalisiya” “Milli Hərəkat”la heç nə ilə fərqlənmir. Onlar birgə qruplar yaradır və eyni siyasəti həyata keçirirlər. Biz onları da eyni məsələlərdə — konstitusiya quruluşunu devirməkdə, ərazi bütövlüyünü pozmaqda və müstəqilliyə qəsd etməkdə ittiham edirik.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan parlamenti sədrinin müavini Giorgi Kaxiani jurnalistlərə açıqlamasında bildirib.

Kaxianinin sözlərinə görə, “Dəyişikliklər üçün Koalisiya” “Milli Hərəkat”ın həyata keçirdiyi siyasəti davam etdirir və buna görə də onlara qarşı eyni ittihamlar irəli sürülür.

“‘Dəyişikliklər üçün Koalisiya’ya gəlincə, biz onları ‘Milli Hərəkat’la eyni qüvvə hesab edirik. Faktiki olaraq, onlar ‘Milli Hərəkat’dan yaranmış siyasi qüvvədir. Keçmişlərinə nəzər salsaq, onların bu partiyadan heç nə ilə fərqlənmədiklərini görərik. Onların liderləri ‘Milli Hərəkat’ın hakimiyyətdə olduğu dövrdə də vəzifələr tutublar və həmin partiyanın həyata keçirdiyi siyasəti davam etdirirlər.

Onlar birgə qruplar və birliklər yaradır, eyni siyasəti həyata keçirirlər. Bu gün hansı arqumentlər irəli sürəcəklərini bilmirəm. Onları dinləyəcəyik və bundan sonra şərh verəcəyik. Lakin biz onları da ‘Milli Hərəkat’la eyni məsələlərdə ittiham edirik. Söhbət konstitusiya quruluşunu devirməkdən, onu zorakılıq yolu ilə dəyişdirməkdən, ərazi bütövlüyünü pozmaqdan və müstəqilliyə qəsd etməkdən gedir”, – deyə Giorgi Kaxiani bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress.ge

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →