Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

Ərzaq mağazasından oğurluq edən iki yeniyetmə saxlanılıb

215
Ərzaq mağazasından oğurluq edən iki yeniyetmə saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları qrup halında oğurluq etməkdə şübhəli bilinən iki yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər əvvəlcədən razılaşaraq qrup halında Batumidə yerləşən ərzaq mağazalarından birinə qanunsuz daxil olub, oradan satış üçün nəzərdə tutulan məhsulları oğurlayaraq hadisə yerindən qaçıblar.

Həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxslərin kimliyini qısa müddətdə müəyyən edərək hər ikisini təqsirləndirilən şəxs qismində saxlayıblar. Oğurlanmış məhsullar maddi sübut kimi götürülüb.

İstintaq çərçivəsində ticarət obyektində quraşdırılmış müşahidə kameralarının görüntüləri də əldə edilib. Nazirliyin məlumatına görə, həmin görüntülər şübhəlilərin cinayət əməllərini təsdiqləyir.

Saxlanılan yeniyetmələrin Batumidə müxtəlif vaxtlarda baş vermiş daha bir neçə oğurluq hadisəsində də iştirak etdikləri bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci və üçüncü hissələri ilə istintaq aparılır. Həmin maddələr 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress.ge

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →