1 USD =3.227 GEL 1 EUR =3.827 GEL 1 AZN =1.899 GEL 1 TRY =0.412 GEL 1 RUB =4.187 GEL
14 
Okt
2020
08:20
1945

WhatsApp-da kimin sizi əngəllədiyini öyrənə bilərsiniz – NECƏ?

WhatsApp ani mesajlaşma tətbiqində xoşagəlməz bir xüsusiyyət var, hansı istifadəçinin sizi blok etdiyini anlamaq çox çətindir. Lakin mütəxəssislər bunu aşkarlayacaq yeni üsul tapıblar. Artıq WhatsApp-da kimin tərəfindən bloklandığınızı öyrənə biləcəksiniz.

InterPress.ge xəbər verir ki, mütəxəssislərin fikrincə, sözügedən şəbəkədə bir istifadəçi tərəfindən qara siyahıya düşüb-düşməməyi aşkarlayacaq 100% yol yoxdur.

Ancaq bunu öyrənməyə kömək edəcək bir sıra dolayı üsullar var. Məsələn, əgər bir istifadəçi sizi əngəlləyibsə, onu heç vaxt onlayn görə bilməyəcəksiniz. Həmçinin sizi əngəlləyən şəxsin profil şəklini də görmək mümkün deyil. Bununla yanaşı əgər istifadəçilərdən biri sizi qara siyahıya əlavə edibsə, siz onun paylaşdığı statusları da görə bilməyəcəksiniz. Sizi əngəlləyən istifadəçiyə mesaj yazdıqda o mesaj ümumiyyətlə həmin şəxsə çatmır, yəni təsdiq işarəsi bir xətt olur.

Ən əsas üsul isə sizi əngəllədiyini düşündüyünz şəxsin nömrəsini söhbətə əlavə etməkdir. Əgər bunu edə bilməsəniz, əmin olun ki, siz artıq qara siyahıdasınız.

Bizimlə əlaqə saxlayın



Digər "texnologiya" xəbərləri