17 
Dek
2020
14:24
237

Kobaxidze: "Parlamentin işində iştirak etməyən partiyaların dövlət maliyyələşdirilməsi həmişəlik və yaxud bir il müddəti ilə dayandırılacaq"

“Yeni qanunlayihəyə əsasən, parlament mandatları dayandırılan və yaxud parlamentin işində iştirak etməyən partiyaların dövlət maliyyələşdirilməsi həmişəlik və yaxud bir il müddəti ilə dayandırılacaq”.

InterPress.ge xəbər verir ki, bu barədə bəyanatı “Gürcü Arzusunun” üzvü İrakli Kobaxidze verdi.

Onun dediyinə görə, qeyd olunan qanunvericilik paketi Gürcüstan parlamentinə artıq təqdim edilib.

Kobaxidze bəyan edir ki, yuxarıda qeyd olunandan başqa, həmin qanunlayihəyə əsasən, parlament reqlamentinə yeni dəyişikliklər əlavə olunur, hansına əsasən, bir ay ərzində, parlamentin heç bir plenar iclasında iştirak etməyən parlament üzvlərinin əmək haqqı sıfıra düşürülür.

Kobaxidzenin bəyanatına görə, qeyd olunan qanunvericilik dəyişikliklərini parlament gələn həftənin sonuna qədər təsdiqləyəcək.

Bizimlə əlaqə saxlayın