20 
Okt
2020
16:16
415

Saakaşvili: "Heç kim vəzifə uğrunda mübarizə aparmır, heç bir kabinet qətiyyən narahat deyil"

“Mənim üçün Gürcüstan yaşamağa və ölməyə dəyər hər şeydir. İndi özümə deyirəm -ya qələbə ya ölüm”.

InterPress.ge xəbər verir ki, bu barədə Mixeil Saakaşvili “Milli Hərəkat” liderləri ilə birlikdə toplanan vətəndaşlara Ukraynadan müraciət edib.

Saakaşvili vəzifəsindən narahat olmadığını, Gürcüstanın gələcəyi uğrunda mübarizə apardığını bildirib.

"Heç kim vəzifə uğrunda mübarizə aparmır, heç bir kabinet qətiyyən narahat deyil. Ukrayna Prezidenti tərəfindən mənə təklif edildiyi zaman ən böyük Avropa ölkəsinin baş nazirindən üç dəfə imtina etdim, amma heç vaxt vətənimə Gürcüstana xəyanət etməyəcəyəm və çox qürur duyduğum gürcülüyümdən əsla vaz keçməyəcəyəm. Gürcüstan mənim üçün inancım, yaşamağa və ölməyə dəyər olan hər şeyim deməkdir. İndi isə özümə deyirəm - ya qələbə, ya da ölüm”,-dedi Saakaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər