28 
Iyl
2020
09:08
897

ABŞ dövlət katibi Gürcüstanın ərazi bütövlüyü haqda bəyanat verdi

ABŞ dövlət katibi Mayk Pompeo və Gürcüstanın baş naziri Giorgi Qaxaria arasında telefon danışığı olub.

InterPresss.ge xəbər verir ki, bu barədə Mayk Pompeo öz Twitter səhifəsində Gürcüstanın baş nazirinən telefon danışığını şərh edib.

“Bu gün mən Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə telefon danışığında bu ilin oktyabrında azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinin vacibliyi barədə danışdım. Gürcüstanın Rusiya işğalına qarşı suverenliyini hər zaman dəstəkləyəcəyik " - deyə Pompeo yazır.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı aparılıb, bu müddətdə tərəflər strateji tərəfdaşlığın əsas məsələlərini müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər