25 
Dek
2020
14:45
467

Parlament sədri Azərbaycan səfiri ilə görüşdü

Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze Azərbaycanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı parlamentin mətbuat xidməti yayıb.

Görüşdə iki ölkə arasındakı tarixi dostluq və tərəfdaşlıq əlaqələrindən bəhs edilib, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirilib. Parlament dostluq qrupları arasında sıx əlaqələrin vacibliyi vurğulanıb. Eyni zamanda, tərəflər bölgədəki sülhün və təhlükəsizliyin vacibliyini müzakirə ediblər.

Danışıqlarda qlobal pandemiyanın yaratdığı çətinliklər müzakirə edilib və pandemiya bitdikdən sonra ticarət əlaqələrinin və turizmin sürətli bərpasının hər iki ölkə üçün prioritet olduğu qeyd edilib.

Gürcüstan Parlamentinin sədri səfirə fəaliyyətində uğurlar arzulayıb və əməkdaşlığa hazır olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın