24 
Dek
2020
20:33
431

Parlament hökumətin yeni tərkibini təsdiq etdi

Gürcüstan Parlamentində bu gün növbədən kənar sessiyanın plenar iclası keçirildi.

InterPress.ge xəbər verir ki, deputatlar hökumətin yeni tərkibinə və hökumət proqramına etimadlarını 85 səslə bəyan ediblər.

Qiorqi Qaxarianın kabinetində yalnız bir yeni nazir var. Ədliyyə naziri vəzifəsinə Qoça Lortkipanidze təsdiq olundu.

Parlament qalan idarə rəhbərlərini dəyişməz olaraq təsdiq edib:

Bölgə İnkişaf və İnfrastruktur naziri – Maia Çkitişvili; Daxili işlər naziri – Vaxtanq Qomelauri; İqtisadiyyat və davamlı inkişaf naziri – Natia Turnava; Xarici İşlər Naziri – David Zalkaliani; Maliyyə naziri – İvane Maçavariani; Təhsil, elm, mədəniyyət və idman naziri – Mixeil Çxenkeli; İşğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər naziri – Ekaterine Tikaradze; Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri – Levan Davitaşvili; Müdafiə naziri – İrakli Ğaribaşvili; Barışıq və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri – Tea Axvlediani.

Bizimlə əlaqə saxlayın