24 
Dek
2020
16:30
1799

Zaur Darğallı parlamentdə çıxışı zamanı müəllimlərlə bağlı bir neçə məsələni gündəmə gətirdi – VİDEO

Marneuli-Qardabani majoritar millət vəkili Zaur Darğallı parlamentdə təhsilə bağlı çıxış edib.

InterPress.ge xəbəər verir ki, Darğallı bacarıq imtahanında müəllimlərin imtahan vermələrində olan problemlərdən danışıb.
“Qiorqi bəy, sizi salamlayıram, nazir nümayəndələrinin hər birini salamlayıram.

Mən Savalan bəyin rəyi ilə dəvam edəcəyəm. Təhsilin inkişafı, ən çoxda orta təhsilin inkişafı ilə əlaqədar çətin proqresimiz var. Bu infrastrukturun, müəllimlərin ixtisaslarının gücləndirilməsinə və s . aiddir.

Mənim konkret olaraq sualım regionun xüsusiyyətindən asılı olaraq, müəllimlərin inkişafına, sertifikatlaşdırılmasına aiddir. Bu barədə müəyyən problemlər var, hansı ki, statusun yüksəldilməsinə xidmət edir. Bildiyiniz kimi sertifikatlaşdırma zamanı iki cür imtahan olur; birincisi fənn imtahanı, ikincisi bacarıq imtahanı. Fənn imtahanının milli azlıqların öz dilində olmasını bacardıq, ancaq bacarıq imtahanında müəllimlərin imtahan vermələrində problemlər var.

Bu barədə birinci sualım belədir; bu problemlərin həll olması üçün hansı planlarınız var, çünki müəllimlərlə görüş zamanı əsas müzakirə mövzumuz bu haqdadır.

İkinci sualımsa yenə eyni istiqamətdə olacaqdır. Ana dili və ədəbiyyat müəllimləri bu imtahanlarda iştirak edə bilmirlər və bu müəllimlərin inkişafı baş tutmur. Ana dili və ədəbiyyat təhsil proqramında yoxdur və bu istiqamətlərin inkişafı, müəllimlərin sertifikatlaşdırılması, bu dərslərin ümumi təhsil proqramında olması üçün hansı planlarımızın olduğu ilə maraqlanıram”, - deyə Zaur Darğallı çıxışında qeyd edib.

Bizimlə əlaqə saxlayın