Yeni koronavirus halından 920-si Tbilisidə, 279-u İmeretidə və 139-u Acariyada aşkar edildi
"Yeni koronavirus halından 920-si Tbilisidə, 279-u İmeretidə və 139-u Acariyada aşkar edildi".
InterPress.ge xəbər verir ki, bu haqda İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sichinava Hökümət İdarəsində keçirilən brifinqdə deyib.
O, koronavirusla bağlı 24 dekabr tarixinə olan son statistikadan bəhs edib.
"İntensiv testlər çərçivəsində son 24 saat ərzində ölkə daxilində 13 699 test, o cümlədən antigen testləri ilə 7 146 və PISAR testi ilə 6 553 tədqiqat aparılmışdır. Testlər nəticəsində son 24 saatda 1 972 yeni virus halı aşkar olundu, ölkədə Kovid-19 pandemiyasının başlandığı gündən bəri təsdiqlənmiş halların ümumi sayı 216 843-dür.
Son 24 saat ərzində 2 737 nəfər virusdan sağaldı və ümumilikdə sağalmış insanların sayı 194 705-ə yüksəldi.
Bu gün ölkədə aşkarlanan 1 972 yeni infeksiya halından 920 hal Tbilisidə, 139-u Acariyada, 279-u İmeretidə, 112-si Kvemo Kartlidə, 145-i Şida Kartlidə, 30-u Quriada, 120-si Sameqrelo-Zemo Svanetidə, 117-si Kaxetidə, Mçxeta-Mtianetidə - 57, Samçxe-Cavaxetidə - 32, Raca-Leçxumi və Kvemo Svanetidə - 21 hal aşkarlanmışdır"- dedi Sichinava.


