21 
Dek
2020
10:21
662

DİN və DTX bir nəfər saxladı -VİDEO

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları narkotik cinayətinə görə bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxsin idarəsi altında olan nəqliyyat vasitəsinə baxış zamanı hüquq-mühafizə orqanları 100-dən çox "ekstazi" həbi ələ keçirib.

"Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları birgə keçirilmiş əməliyyat-istintaq tədbiri nəticəsində 1989-cu il təvəllüdlü L.D. Tbilisidə çox miqdarda narkotikin qanunsuz alqı-satqısı ittihamı ilə həbs olunub.


İstintaq Gürcüstan Cinayət Məcəlləsəsinin xüsusilə çox miqdarda narkotik maddənin qanunsuz alınıb-saxlanmasını nəzərdə tutan 260-cı maddənin, 6-cı hissəsinin "a" bəndinə əsasən aparılır.

Cinayət ən çox 8 ildən 20 ilə qədər cəza və ya ömürlük həbs cəzası nəzərdə tutur", - Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər