13 
Dek
2020
18:12
1075

Batumi qarışdı - etirazçılar və polis arasında qarşıdurma baş verdi

Batumidə, müxalifət Acarıstan Hökümət Evi qarşısında etiraz mitinqi keçirib və bunun ardından hüquq-mühafizə orqanları ilə etirazçılar arasında səs-küylü və şifahi qarşıdurma baş verib.

InterPress.ge xəbər verir ki, polis bir neçə aksiya iştirakçısını saxlayıb.

Qarışıqlıq, bir neçə etirazçı Acarıstan Hökumətinin binasına yaxınlaşdıqdan və Acarıstan Hökumətinin sədri Tornike Rijvadze ilə görüş tələb etdikdən sonra başlayıb.

“Saxlanılanların sayını dəqiqləşdiririk. Aksiya iştirakçılarına ərazini tərk etdirmək hüquq-mühafizə orqanlarının qanuni xahişi idi, ancaq onlar buna tabe olmadılar. Bəzi şəxslər polisin onları saxlamasına maneçilik törədirdilər. Bu, saxlanılanların aparılmasının ləngiməsinə səbəb oldu. Səhv davranış olmayıb. Heç kim sakit prossesə müdaxilə etmir. Xüsusi dövlət mühafizə xidməti onlara görüşün baş tuta bilməyəcəyini izah etdi, ərazini tərk etməli olduqlarını izah etdi və bu da onların narazılığına səbəb oldu",- deyə Acarıstan Polis İdarəsinin rəisi Konstantine Ananiaşvili TV Pirveli-yə bildirib.

İğtişaş nəticəsində bir qanun icraçısının da yaralandığı barədə məlumatı təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər