12 
Dek
2020
14:43
468

Dekanoidze: "Danışıqlar dəvam etsə, Milli Hərəkat iştirak edəcək"

"Birləşmiş Milli Hərəkat vasitəçilərin iştirakı ilə danışıqlarda iştirak edəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Birləşmiş Milli Hərəkatın üzvü Xatia Dekanoidze deyib.

Dekanoidzenin dediyinə görə, hökumət və müxalifət arasında davam edən danışıqlarla bağlı heç bir müsbət gözləntisi yoxdur.

"Tərəfdaşlarımızla danışıqlar, dialoq, məlumat mübadiləsi vacibdir. Bu danışıqlara çox müsbət münasibətim yoxdur, bu mənim mövqeyimdir. Danışıqlar zamanı Kobaxidze yenidən müxalifəti və Birləşmiş Milli Hərəkatı qeydiyyatdan çıxaracağı ilə hədələdi. Beynəlxalq tərəfdaşlarımızın istəyi olarsa, əlbəttə ki, bu dialoqda iştirak edəcəyik. Son nəticənin nə olduğunu deyə bilmərəm, ancaq oxşar bir görüş olarsa, Birləşmiş Millət Hərəkat iştirak edəcək",- dedi Dekanoidze.

Bizimlə əlaqə saxlayın