12 
Dek
2020
14:00
1238

Gizli fəaliyyət göstərən gecə klubu aşkar olundu

Polis Tbilisidə təcrid və karantin qaydalarının ikinci dəfə pozulması faktını aşkarlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis gizli şəkildə fəaliyyətini dəvam etdirən gecə klubunun fəaliyyətini dayandırıb.

Daxili İşlər Nazirliyi, Gürcüstan Hökuməti İdarələrarası Koordinasiya Şurasının verdiyi qərara uyğun olaraq, ölkədə Koronavirus virusunun yayılmasının qarşısını almaq üçün müvafiq qaydaların və tövsiyələrin icrasını izləməyə davam edir.

Tbilisi Polis Şöbəsinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları, Mtkvari (Kür) çayının sağ sahilində, Qalaktioni körpüsünün altında yerləşən "In and House" Ltd adlı səsyazma studiyası adı altında gizlənmiş gecə klubunun fəaliyyətini dayandırıb.

Klubun, Gürcüstan Hökumətinin 23 May 2020-ci il tarixli qərarının tələblərinə əməl etmədiyi üçün Əmək Müfəttişliyi Şöbəsi tərəfindən noyabr ayında iki dəfə 10.000-10.000 GEL cərimə olunduğu məlum olub. Cəriməni ödəməmək üçün şirkətin bir neçə dəfə adını dəyişdirdiyi və gecə klubunun fəaliyyətini davam etdirdiyi də məlum olub. "Inn and House" qadağan olunmuş iqtisadi fəaliyyətlə məşğul imiş, xüsusən də gecə saat 21: 00-dan sonra da vətəndaşların olduğu gecə klubu və bar işlərini dəvam etdirimiş.

In and House-a qarşı Gürcüstan Cinayət Məcəlləsinin təcrid və karantin qaydalarının dəfələrlə pozulmasını nəzərdə tutan 248-ci maddəsi ilə qadağan edilmiş iqtisadi fəaliyyətlərə görə istintaq başladılıb.

İstintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hakimin qərarı əsasında Qalaktioni Körpüsü altındakı Inn and House Ltd-də axtarış aparıb və müəssisəni möhürləyiblər.

Yeni halların aşkarlanması üçün iş üzrə operativ və istintaq tədbirləri davam etdirilir”,-deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təcrid və karantin qaydalarının pozulması inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimə olunur. Qaydanın təkrar aşkarlanması cinayət məsuliyyətini nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər