11 
Dek
2020
20:42
2071

Gürcüstan hökuməti istefa etdi

Gürcüstan hökuməti səlahiyyətlərini ləğv etdi.

InterPress.ge məlumat verir ki, Gürcüstan Parlamentinin ilk iclasında parlamentin sədri Arçil Talakvadze, qanunvericiliyə görə, Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın hökumətin istefası ilə əlaqədar parlamentə müraciət etdiyini bildirib.

Parlament, Baş nazirin müraciətini diqqətə alıb.

Ölkə Parlamenti Hökumətin istefasından sonra iki həftə ərzində seçkilərdə qalib gələn partiyanın baş nazir vəzifəsinə irəli sürdüyü namizədə etimad göstərməlidir.

Hökumətin tərkibi və proqramı istefadan sonra 9 gündən gec olmayaraq parlamentə təqdim olunmalıdır.

Etimad üçün ən azı 76 deputatın səsi tələb olunacaq.

Konstitusiyaya əsasən, parlamentin müəyyən olunan müddət ərzində hökumətə etimad göstərməyəcəyi halda, prezident iki həftədən sonra parlamenti buraxmalı və növbədənkənar seçkilər təyin etməlidir.

Qeyd edək ki, parlament seçkilərində qalib gəlmiş Gürcü Arzusu Partiyasının hökumət başçısı vəzifəsinə namizədi hazırkı baş nazir Qiorqi Qaxariadır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər