Kobaxidze: “Saakaşvili razı ola bilər, amma bu prosesin sonu elə olacaq ki..."
“Saakaşvili razı ola bilər, amma bu prosesin sonu elə olacaq ki, o bundan məmnun qalmayacaq - hər iki partiyası parlament məkanından yox olacaq”.
InterPress.ge xəbər verir ki, parlament çoxluğunun lideri İrakli Kobaxidze Mixail Saakaşvilinin açıqlamasına belə cavab verib.
Kobaxidze bunun demokratik inkişafın məntiqi nəticəsi olacağına inandığını deyib.
"Saakaşvili, təbii olaraq, razı qalacaq, çünki yeganə vəzifəsi məhv etməkdir. O, razı ola bilər, amma bu prosesin sonu Mixail Saakaşvilini məmnun etməyəcək. Hər iki siyasi partiyasi - Milli Hərəkat və Avropalı Gürcüstan partiyaları Gürcüstan siyasətindən və parlament məkanından yox olacaq və bu, demokratik inkişafın çox məntiqi və qanuni bir nəticəsi olacaq",-dedi Kobaxidze.
Onun sözlərinə görə, Gürcüstan müxalifət spektri antidemokratik siyasi qüvvələrdən - Bokeria, Saakaşvili və Uqulavadan təmizlənməlidir.
Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bu gün Tbilisidə baş verənlərin böyük bir qələbə olduğunu söyləyib. Onun sözlərinə görə, bu həqiqətən bir möcüzədir, hər şey birlikdə əldə edilə bilər.


