10 
Dek
2020
12:51
522

Mərkəz rəhbəri ölkəmizdəki epidemioloji vəziyyətdən danışdı

“Ölkədə məhdudiyyətlər qoyulduqdan sonra epidemioloji vəziyyətin inkişafının xülasəsini hazırladıq ".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze Baş nazir Qiorqi Qaxaria ilə səhiyyə mütəxəssisləri arasında görüşdən sonra deyib.

“Gürcüstanın Baş naziri, Koordinasiya Şurasının üzvləri, habelə beynəlxalq ekspertlərlə, ABŞ-da, İsveçrədə, Norveçdə və bir çox başqa ölkədə çalışan həmvətənlilərimiz ilə görüşdük. Məhdudiyyətlər qoyulduqdan sonra bugünki vəziyyətimizin necə olduğuna dair ölkədə epidemioloji vəziyyətin inkişafının xülasəsini hazırladıq. Bildiyiniz kimi, təxminən 5-6 gündür ki, kəskin şəkildə genişləndirilmiş test işləri aparılır. Dünən, 24 saat ərzində ölkədə təxminən 21 000 test aparıldı və həftə sonu 3500 civarında, bu gün və dünən 4000 ilə 5000 arasında infeskiya halı qeydə alındı.

Yeni il qabağı dövrdə məhdudlaşdırıcı tədbirlərin sərtləşdirildiyi Norveç, Finlandiya, İsveçrə, Almaniya nümunələri də verildi.

Çox diqqətli olmaq, vəziyyəti davamlı olaraq qiymətləndirmək və birlikdə qərar qəbul etmək ortaq bir fikirdir, əlbətdə epidemiyanın necə olacağından asılı olaraq, bu 3 həftəlik məhdudiyyətlərlə və genişləndirilmiş testlərlə bir şey əldə etsək, birdən birə bunu suya atmayaq.

Bu səbəbdən çox diqqətli addımlar atılmalı, qarşıdakı 2 həftədə əldə edəcəyimiz vəziyyəti yaxşı qiymətləndirməliyik, həftəlik qiymətləndirmələr aparırıq, yeni ilə qədər ölkədəki epidemiya vəziyyətini pisləşdirməyəcəyimizi vurğulayıram ”, - deyə Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzi bildirib.

Amiran Qamğrelidzenin şərhini hökumət rəhbərliyi yayır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər