10 
Dek
2020
11:32
650

Bu gün Gürcüstanda koronavirusa yoluxan 4 570 nəfərin haradan olduqları açıqlandı

“Tbilisidə- 2067, İmeretidə- 708, Acarıstanda- 331 yeni koronavirus halı aşkar edildi”.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyasında keçirdiyi brifinqdə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat rəhbərinin müavini Berdia Sichinava bildirib.

O, koronavirusla bağlı 10 dekabr tarixinə olan son statistik məlumatlardan və hökumət tərəfindən görülən tədbirlərdən də danışıb.

"İntensiv testlərin bir hissəsi olaraq, son 24 saat ərzində ölkə daxilində sürətli antigen testləri ilə 11 718 və 7 918 PISAR testi daxil olmaqla toplam 19 636 tədqiqat aparıldı. Aparılan testlər nəticəsində son 24 saat ərzində 4 570 yeni təsdiqlənmiş virus halı aşkarlanıb və ölkədə Kovid-19 pandemiyasının başlandığı gündən bəri təsdiqlənmiş ümumi say 178 953 nəfərdir.

Son 24 saat ərzində 3 045 nəfər virusdan sağalıb və sağalanların ümumi sayı 148 332-ə çatıb.

Bu gün ölkədə aşkarlanan 4 570 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisi- 2 067 Acarıstan-331, Imereti-708, Kvemo Kartli-352, Şida Kartli-214, Quria-72, Sameqrelo-Zemo Svaneti-325, Kaxeti-272, Mçxeta- Mtianeti-133, Samçxe-Cavaxeti-75, Raca-Leçxumi və Kvemo Svaneti-21 ”,- dedi Berdia Sicinava.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər