09 
Dek
2020
16:34
470

Qiqa Bokeria: "Aleko Elisaşvili parlamendə daxil olmaq üçün səbəb axtarır"

"Aleko Elisaşvili parlamendə daxil olmaq üçün səbəb axtarır"

InterPress.ge xəbər verir ki, bu barədə “Avropa Gürcüstanının” lideri Qiqa Bokeria, “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvilinin bəyanatına münasibət bildirərkən qeyd edib, hansında ki, Elisaşvili deyir ki, Bokerianın partiyası sabotajla məşğuldur.

“Təəsüflər olsun ki, Aleko Elisaşvilinin parlamentə daxil olması üçün səbəb axtardığı aşkardır. Biz onu heçnə ilə ittiham etmədik. Onu suçladığımız barədə bəyanatı yalandır. Əgər o kosmetik bir səbəb tapıb, parlamentə girsə, siyasi karyerası burada başa çatacaq. Təbii ki, belə olmasa yaxşı idi, ancaq o parlamentə daxil olsa da, bu İvanişvilinin tək partiyalıq prioblemini aradan qaldırmaz, əksinə daha da vurğulayacaq” – dedi Qiqa Bokeria.

Qeyd edək ki, “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili bu gün bəyan etdi ki, seçki islahatları ilə bağlı danışıqlar müvəffəqiyyətlə başa çatsa, o parlamentə daxil olacaq.

“İndi bu danışıqlardan Gürcüstanın gələcəyi üçün yararlı seçki qaydaları çıxarda bilərik. Əgər bu sənəd hazırlansa və onun yerinə yetiriləcəyi ilə bağlı zəmanət verilsə, mən parlamentə daxil olacam” – dedi Elisaşvili.

Bizimlə əlaqə saxlayın