Avropalı Gürcüstan parlamentə daxil olmaları ilə bağlı şərtlərini açıqladı
"Nə yenidən seçkilərin keçirilməsi, nədə siyasi məhbusların azad olunması ilə bağlı razılaşmaya nail olunmadığı şərtlərdə, biz parlamentə girməyəcəyik".
InterPress.ge xəbər verir ki, bu bəyanatı “Avropa Gürcüstanının” lideri Davit Bakradze jurnalistlərə müxalifət partiyalarının görüşü başlayana qədər verdi.
Onun dediyinə görə, yuxarıda qeyd edilən iki tələb yerinə yetirilməsə, sadəcə “seçki məcəlləsinin” dəyişdirilməsi parlamentə daxil olmaq üçün yetərli şərt olmayacaq.
“Bütün bu vaxt ərzində mediatorların mövqeyinə hörmət etməliydik və danışıqların təfərrüatları haqqında məlumat yaymırdıq. Ancaq, susduğumuza görə, ictimaiyyətdə yanlış məlumatlar yayıldı. Ona görə də, bundan sonra hər danışıqların məzmununu ictimaiyyətə açıqlayacağıq.
Hal-hazırda “Gürcü Arzusu” bəyan etdi ki, növbədənkanar seçkilərin keçirlməsinə və siyasi məhbusların azad edilməsinə razı deyil. Ona görə də, “Avropa Gürcüstanının” adı ilə deyə bilərəm ki, biz bu parlamentə daxil olmayacağıq. Ümid edirəm ki, digər partiyalar da öz prinsiplərinə sadiq qalacaqlar” – dedi Davit Bakradze.


