Caparidze: "Razılaşma əldə edilməzsə, heç kim parlamentə girməyəcəkdi"
"Razılaşma əldə edilməzsə, heç kim parlamentə girməyəcəkdi və indi də görəcəyik".
InterPress.ge xəbər verir ki, bu barədə "Qirçi" partiyasının lideri Zurab Caparidze deyib.
Zurab Caparidzenin qeyd etdiyinə görə, indiyə qədər müxalifət partiyalarının digər liderlərindən belə bir məlumata sahib idi ki, hökumətlə danışıqlar nəticəsində razılaşma əldə olunmasa, boykot rejimi davam edəcəkdir.
"İndiyə qədər gördüyüm və bu insanlarla danışdıqlarımdan, başa düşdüyüm qədəri ilə ya razılaşma əldə edilməli idi ya da boykot rejimi dəvam edəcəkdi. Dünən hökumətin təklif etdiyi təklifdən və müxalifətin vahid mövqeyindən bəzi məqamları nəzərdən keçirdik. Razılığın mümkün olduğu bəzi məqamlar var idi, ancaq mövqelərə ümumiyyətlə yaxınlaşa bilinməyəcəyi prinsipial məsələlər də var idi. Müxalifətin birliyinin pozulmasını niyə gözləyim, bilmirəm, baxaq”,-dedi Caparidze.


