07 
Dek
2020
22:16
2645

Poniçalada güllələnərək öldürülən şəxsin kimliyi məlum olub

Tbilisidə, Aşağı Poniçalada baş verən qətl ilə bağlı yeni təfərrüatlar məlum olub.

InterPress.ge xəbər verir ki, qətlə yetirilən şəxs 39 yaşlı Rasim İsayevdir.

O, Poniçalanın Quramişvili küçəsində, evinin yaxınlığında güllələnərək öldürülüb.

İsayevin kim tərəfindən vurulduğu hal-hazırda məlum deyil. Versiyalardan birinə görə, qətl qisas almaqla əlaqəli ola bilər.

Gəncin qardaşının illər əvvəl qətl ittihamı ilə həbs olunduğu məlum olub.

Digər versiyaya görə isə, İsayevin işgüzar fəaliyyəti ilə bağlıdır.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, iş Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi qəsdən adam öldürmə və 236-cı maddəsi qanunsuz olaraq odlu silah alma, saxlama və gəzdirmə maddələri ilə araşdırılır.

Cinayət ən çox 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın