Talakvadze: "Gürcü Arzusu yenidən seçkilərin keçirilməsi barədə düşünmür"
"Biz açıq şəkildə bildirdik ki, Gürcü Arzusu yenidən seçkilərin keçirilməsi və ya plebisit də daxil olmaqla buna barəbar heç bir şey düşünməyəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze, ABŞ səfirinin iqamətgahındakı görüşdən sonra deyib.
Onun sözlərinə görə, seçicinin seçimini şübhə altına almaq üçün heç bir səbəb yoxdur.
“Təkrar seçkilərlə bağlı mövqeyimizi dəfələrlə açıq şəkildə bildirmişik. Əlbəttə ki, bu dəyişməyəcək. Gürcü Arzusu yenidən seçkilərin keçirilməsini düşünmür. Əlbətdə ki, bununla razılaşmağı düşünmürük. Pandemiyaya baxmayaraq, iki milyona qədər həmvətənlimiz 2020-ci il parlament seçkilərində seçimlərini etdi və onların seçimlərini şübhə altına almağa heç bir səbəbimiz yoxdur",- dedi Arçil Talakvadze.
Xatırladaq ki, danışıqların üçüncü raundu ABŞ-ın Gürcüstandakı səfirinin iqamətgahında keçirildi. Görüşdə müxalifətin səkkiz nümayəndəsi, Gürcü Arzusu partiyasından Arçil Talakvadze və İrakli Kobaxidze danışıqlarda iştirak ediblər.


