InterPress.ge xəbər verir ki, bu barədə Milli Hərəkatın liderlərindən biri Nika Melia Facebook-da yazıb.
"Vəkilimə məhkəmədən zəng gəldi. Məhkəmə təxirə salındı dedilər. Səbəbin koronavirus olduğunu söylədilər",- deyə Nika Melia bildirib.
Xatırladaq ki, müxalifət partiyaları liderləri və "Mtavari" televiziya şirkətinin baş direktorunun məhkəmələri dekabrın birinci yarısına təyin edilmişdi.
Mtavari Kanalının baş direktoru Nika Qvaramianın məhkəməsi dekabrın 7-nə, Avropalı Gürcüstan lideri Qiqi Uqulavanın məhkəməsi dekabrın 10-a, Birləşmiş Milli Hərəkatın lideri Nika Melianın məhkəməsi isə dekabrın 15-nə təyin edilib.
