18 
Nybr
2020
11:27
596

Çerçvadze: "Səhhətimlə ürəkdən maraqlanan hər kəsə təşəkkür edirəm"

İnfeksion Xəstəliklər və QİÇS Mərkəzinin baş direktoru Tengiz Çerçvadze, sağlamlıq vəziyyəti ilə ürəkdən maraqlanan hər kəsə təşəkkür edir.

InterPress.ge xəbər verir ki, Çerçvadzenin dediyinə əsasən, hal-hazırda müalicəni evdə davam etdirir.

“Hər kəsə təşəkkür edirəm! Mənə zəng edib mesaj göndərən hər kəsə təşəkkür etmək istəyirəm - maraqlanırsınız və səhhətimlə bağlı vəziyyətimi soruşursunuz. Fiziki olaraq cavab verə bilmədiyim insanlardan üzr istəmək istəyirəm - vaxt və sağlamlıq faktorunu nəzərə almaqla bu bəzən mümkün olmur. Vəziyyətimə gəldikdə - evdə müalicəyə davam edirəm. Hal-hazırda 37,5 dərəcə istiliyim var. Öskürək, boğaz ağrısı və baş ağrısı, halsızlıqdan əziyyət çəkirəm. Bu cür narahatçılığa və reallığa baxmayaraq, cəsarətli olmağa, evdə müalicə olunmaq üçün əlimdən gələni etməyə çalışıram və beləliklə ölkədəki mövcud hadisələrə və ya epidemiyalara diqqət yetirirəm.

Həyat yoldaşım Ana Topuriaya gəlincə, o evdədir və yanımdadır. Məlum olduğu kimi, 37.1 dərəcə istilik və boğaz ağrısı ilə bu virusa yoluxmuşdur. Səhhətimə maraq böyük olduğundan vaxtaşırı burada sağlamlığım haqqında yazacam. Ümid edirəm ki, hər şey tezliklə keçəcək və adi rejimə qayıdacağam",- deyə Tengiz Çerçvadze, İnfeksion Xəstəliklər və QİÇS Mərkəzinin saytında bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər