Bakradze: "Mixeil Saakaşvili gəlirsə gəlsin və məsuliyyət götürsün"
"Mixail Saakaşvilinin gəlib-gəlməməsi şəxsən özü tərəfindən veriləcək bir qərardır, gəlsə yaxşı olar. Gəlirsə, gəlsin və məsuliyyət götürsün"
InterPress.ge xəbər verir ki, bu barədə "Avropalı Gürcüstanı" patiyasının lideri Davit Bakradze deyib.
Onun sözlərinə görə, Mixail Saakaşvilinin Gürcüstana gəlib-gəlməyəcəyi şəxsən onun öz qərarıdır.
Bakradzenin dediyinə əsasən, "Avropalı Gürcüstan" tək partiyalı və bir nəfərlik hakimiyyətə qarşıdır.
“Tamamilə açıq şəkildə bildirmək istəyirəm ki, Gürcüstan üçün mübarizə xətti Gürcüstan ərazisindən keçir. Gürcüstan uğrunda mübarizəni bu gün bu salonda toplanan insanlar - müxalifət liderləri, həmçinin seçki məntəqələrinə gedən və Gürcü Arzusuna səs verməyən və etiraz aksiyalarında iştirak edən insanlar edəcək. Gürcüstan üçün mübarizənin siyasi xətti budur. Mixail Saakaşviliyə gəlincə, bütün seçki dövründəki mövqeyimiz çox açıq idi - biz onun baş nazirliyinə qarşı idik və hələ də qarşıyıq. Ayrıca, bu ölkədə tək partiyalı və ya bir nəfərlik hakimiyyətin əleyhinəyik. Gəlib-gəlməməsi şəxsən özü tərəfindən veriləcək bir qərardır, ancaq bu olsa daha yaxşı olar. Gələcəksə, gəlsin məsuliyyəti götürsün, gəlməyəcəksə, hökumətin bu qədər təsirli şəkildə istifadə etdiyi yalan danışmağı dayandırması daha yaxşı olar",-dedi Bakradze.


