01 
Nybr
2020
16:02
1296

Zaur Darğallı: "Marneulidəki seçkiləri ilk turda qazandıq"

"Gürcüstan xalqı azad, demokratik və rəqabətçi bir mühitdə seçim etdi, iradələrini ifadə etdi, ilk turda Marneulidə seçkilərdə qalib gəldik".

Bu barədə InterPress.ge-yə müsahibəsi zamanı Marneuli-Qardabani namizədi Zaur Darğallı deyib.

Darğallının dediyinə görə, dünən hadisələrin olduğu doğrudur, amma ümumilikdə Qardabani və Marneulidəki seçkilər sakit bir şəraitdə keçirildi.

"Dünən Gürcüstan xalqı seçkiləri mütənasib siyahı və birinci turda majoritar səslərlə ən az 76 yer qazandıq. Marneulidəki seçkiləri ilk turda qazandıq, Marneuli və Qardabani seçicilərinə təşəkkür edirəm. Seçkilərin rəqabət şəraitində keçməsi üçün hər cür şərait yaradılmışdır. Dünən müxtəlif tərəfindən provakasiya və təxribatlar oldu, amma gördünüz ki, Qardabani və Marneulidəki seçkilər dinc bir şəraitdə keçdi. Təhdid, saxtalaşdırma - bunların hamısı, Gürcüstanda demokratik seçkilərin keçirildiyi 2012-ci ilə qədər idi", - dedi Zaur Darğallı

Bizimlə əlaqə saxlayın