Koronovirus şüphəsi ilə Tbilisiyə aparılan xəstələrdən xəbər var
"Hazırda Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında 16 nəfər nəzarət altındadır".
InterPress.ge xəbər verir ki, bunu klinikanın xəstələrə nəzarət edən şöbənin müdiri Marina Endeladze "Palitranyus" televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, 21 xəstədən 13-nin test nəticələri artıq məlumdur - onlardan heç birində koronavirus təsdiqlənməyib.
"Bu vaxta qədər 6 xəstədə koronavirusun təsdiqlənmədiyi üçün klinikadan köçürüldü və hazırda 16 xəstə yoluxucu xəstəliklər xəstəxanasında qalır. Onların vəziyyəti qənaətbəxşdir. Əldə etdiyimiz məlumata görə, daha 5-6 xəstə gəlməlidir. Bu gün biz təxminən 13 xəstənin test cavabları gəldi. Onlardan heç birində koronavirus təsdiqləmədi. Daha beş xəstənin isə cavablarını gözləyirik ", - dedi Endeladze
Koronavirusu təsdiqlənən xəstəyə gəlincə, Endeladze bikdirdi ki, o tamamilə başqalarından ayrılıb, nəzarət altındadır.
"Koronavirusa yolxmuş xəstə başqa bir otağda təcrid vəziyyətdədir. Buna görə də onun digər xəstələrə yoluxması üçün demək olar ki, heç bir təhlükə yoxdur". dedi Marina Endeladze.