30 
Sen
2026
11:29
80

Tbilisidə 275 min lari dəyərində dələduzluqda ittiham olunan 2 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluqla Mübarizə İdarəsinin və Detektivlər Baş İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti qrup halında dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan 2 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, DİN-in məlumatına görə, kompleks istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər vətəndaşlara guya öz biznes fəaliyyətləri üçün pul vəsaitlərini müvəqqəti olaraq onlara verməyi təklif ediblər. Bunun müqabilində isə hər ay gəlir ödəməyi və razılaşdırılmış müddətdə əsas məbləği geri qaytarmağı vəd ediblər.

“Bu yolla təqsirləndirilən şəxslər zərərçəkənlərə məxsus vəsaiti əldə ediblər, lakin razılaşdırılmış gəliri ödəməyib, həmçinin vətəndaşlara əsas məbləği geri qaytarmayıblar.

Təqsirləndirilən şəxslərin qanunsuz əməlləri nəticəsində vətəndaşlara ümumilikdə 275 000 lari məbləğində ziyan dəyib.

Polis hər iki şəxsi hakim qərarı əsasında saxlayıb.

İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır. Sözügedən cinayət 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”, – məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın